Həyatında sevgini heç cür tapa bilməyən Hadise keçən il bir müddət birlikdə yaşadığı Hakan Sabancı ilə şansını yenidən sınayacaq.
Milli.Az Haberler-ə istinadən xəbər verir ki, məşhur müğənni Hadise ilə Hakan Sabancının yenidən eşq yaşamağa başladığı iddiası maqazin gündəminə bomba kimi düşüb.
Star TV ekranlarında yayımlanan "Duymayan Kalmasın" proqramının aparıcısı Cengiz Semercioğlu cütlüyün Etilerdə bir restoranda səmimi görüntüləndiyini qeyd edib.
Qeyd edək ki, Ömer-Arzu Sabancı cütlüyünün oğlu Hakan Sabancı Hülya Koçyiğitin nəvəsi Aslışah Alkoçlar ilə 1.5 il eşqbazlıq edib, keçən il ayrılıb. Hakan Sabancı dekabrda Karaköydəki "Drone Club"da özündən 6 yaş böyük Hadise ilə əylənmişdi.
Hakan Sabancının 26 yaşı tamam olarkən, doğum günü partisinə qatılan Hadise gecədə DJ-lik edib, Tarkanın "Ölürüm Sana" mahnısını ifa etmişdi. Cütlüyün Mayamiyə tətilə yollandıqları da iddia edilmiştdi. Hadise ''Həyatımda sevgi yoxdur. Amma hər an, hər şey ola bilər'' deyərək hər kəsi çaş-baş salmışdı.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub