Tanınmış aparıcı və aktrisa Zümrüd Qasımova əməliyyata hazırlaşır.
Mynews.az xəbər verir ki, bu barədə Yenicag.az-a Z.Qasımova özü açıqlama verib.
“Düz 6 ildən sonra qərara gəldim ki, üçüncü dəfə əməliyyat olunum. Çox riskli və ağır əməliyyatdır. Hər an ölə bilərəm. Həkimlər bu əməliyyatın ağır olduğunu söylədi və təkidlə bu fikrimdən əl çəkməyimi istədilər. Həyat yoldaşım da buna razılıq vermir, çünki bilir ki, bu, mənim həyatım üçün təhlükəlidir. Lakin mən öz fikrimdə qətiyəm. Nə həyat yoldaşım, nə də həkimlər məni fikrimdən döndərə bilmədilər. Nədən əməliyyat olunacağımı demək istəmirəm. Buna görə ayın sonunda Türkiyəyə gedəcəyəm”, - deyə o söyləyib.
Qeyd edək ki, aktrisa döş xərçəngindən əziyyət çəkir və buna görə iki dəfə əməliyyat olunub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub