Rusiyanın məşhur teleaparıcısı Andrey Malaxovda Azərbaycan kökləri tapılıb.
Publika.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Rusiyanın OPT telekanalının "JİT Zdorova" verilişinin aparıcısı Yelena Malışeva Malaxovun qanının DNT analizini edərək onun Azərbaycan kökənli olduğunu müəyyənləşdirib.
Bundan başqa, bu barədə “Malaxov “Instagram” səhifəsində də yazıb. DNT testləri sayəsində məşhur boksçu və Dövlət Dumasının deputatı Nikolay Valuyev onun qohumu çıxıb. Belə bir sürprizi televiziya aparıcısına ölkənin əsas teledoktoru olan Yelena Malışeva təqdim edib. O, Malaxov və Valuyevi verilişin studiyasına dəvət edərək onların əmioğlu olduğunu bildirib.
Andrey Malaxov şimaldan – Murmanskdan Moskvaya gəlib. Amma bununla belə ata xətti üzrə onun genetik qohumları Yəmən, Sudan, Səudiyyə Ərəbistanı, Azərbaycan və Dağıstanda yaşayırlar.
Malışevanın sözlərinə görə, onun təcrübəsində Malaxov bu qədər geniş yayılmış genetik şəcərəyə malik ilk insandır. Onun ana tərəfdən genetik qohumları Rusiya, ABŞ, Meksika və Braziliyada yaşayırlar. Amma bununla belə Malaxovun qan analizinə görə, o, 90 faiz avropalı olmasına baxmayaraq, Qafqaz əsillidir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub