Mynews.az axşam.az-a istinadən bəzi məşhurların tam təsadüfən şöhrət qazandıqları haqda məlumat verir:
Fahriye Evcen - Almaniyada yaşayan aktrisa tətil üçün Türkiyəyə gedib. Orada verilişlərdən birində tamaşaçı qismində əyləşib. Lakin Fahriyənin xarici görünüşü proqramın təşkilatçısının diqqətini çəkib və ondan nömrəsini alıb. Yenidən Almaniyaya qayıdan Evcenə seriala çəkilmək təklifi gəlib. O, ''Asla Unutma" və "Hasret" seriallarınd rol alsa da, ən böyük uğuru "Yaprak Dökümü"ndə Nejda obrazı ilə qazanıb.
Merve Boluğur - çox utancaq, özünə qapalı olan Merve xalası qızının foto çəkdirdiyi bir agentliyə gedir. Orada aktrisa agentliyin rəhbərinin diqqətini çəkir. Fotoqraf Merveni müxtəlif pozlarda çəkdiyi fotolarla ona şöhrət qapılarını açıb.
Hande Soral - "Komedi Dükkanı" serialını izləməyə gedən aktrisa qonaq qismində aktyor Tolga Çevik ile səhnədə 5 dəqiqə qalmaq əvəzinə 45 dəqiqə qalır. Bununla da o, serialın tışkilatçısının diqqətini çəkir. Təşkilatçı onu filmə çəkilib-çəkilməmək istəyini soruşur. Bununla da Hande "Küçük kadınlar"da aldığı rolu ilə şöhrət sahibi olur.
Burak Özçivit - atası oğlundan xəbərsiz onun şəkillərini model agentliklərindən birinə göndərib. Lakin yarışmanın münsifləri aktyoun fotolarını zibilliyə atıblar. Təsadüfən müsabiqənin təşkilatçısı Burakın şəkillərini zibillikdə görüb və bəyənib. O, yarışmada ikinci olub, bununla bugünki məşhurluğa imza atıb.
Hazal Kaya - "Genco" serialı üçün gənc aktrisalar axtarılıb. Hazal da özünün sınamaq qərarına gəlib. O, kastinqə qatıldıqda işıqlar sönüb və aktrisadan başqa bir gün gəlmək xahiş olunub. Lakin Kaya heç hara getməyib və işıqların yanmasını gözləyib. 5 dəqiqə sonra işıqlar yanıb, hazal öz bacarığını göstərərək serialda rol alıb.





1
AYNA Balakəndə 10 milyona kanat yolu çəkir
373 dəfə oxunub
2
Sosial mediada qadın sürücü ilə bağlı yayılan görüntülərə RƏSMİ CAVAB
349 dəfə oxunub
3
Azərbaycan Orta Dəhliz layihəsində fəal iştirak edir - Prezident
346 dəfə oxunub
4
Qəzada həlak olan dostlar yan-yana torpağa tapşırıldılar: "Ailə məhv oldu" - VİDEO
337 dəfə oxunub
5
İlham Əliyev fərman imzaladı
328 dəfə oxunub