“Star TV”də yayımlanan “Zuhal Topalla” evlilik verilişindəki azərbaycanlı Naz Mila və Əli Əkbər adlı iştirakçıların münasibətləri yenidən gündəmə gəlib.
Naz Mila Əli Əkbərdən yeni şans istəyib və onu hələ də unutmadığını etiraf edib. Naz Əlinin də ona qarşı biganə olmadığını, hətta, ona yaxın olmaq üçün eyni məhəllədən ev kirayələdiyini vurğulayıb.
Ə.Əkbər Nazın səmimiyyətinə inanmadığını və dəqiq qərar vermək üçün fikirləşmək istədiyini söyləyib.
Xatırladaq ki, Naz Mila bir dəfə evli olub və onun bir qızı var. Bundan başqa, bir müddət əvvəl “Zuhal Topalla” evlilik verilişində Baha adlı türk vətəndaşı ilə nişanlanıb və bir gündən sonradan nişanı qaytarıb.
Məlumat üçün bildirək ki, Türkiyə KİV-ləri bu cür evlilik verilişlərində iştirakçıların ssenari üzrə hərəkət etdiyini, reytinqi qaldırmaq üçün süni qalmaqallar yaratdığını və iştirakçılara bunun müqabilində pul verildiyini iddia edir. Bu yaxınlarda Esra Erolun, Zuhal Topalın və Səda Sayananın apardığı evlilik verilişləri milli, mənəvi dəyərlərə qarşı çıxdığı üçün yüksək məbləğdə cərimələnib.
publika.az
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub