"Maşın" reailiti-şounu ötən gün aparıcı Vüsalə Əlizadə tərk edib.
Mynews.az axşam.az-a istinadən, şounun yaradıcı heyəti aparıcının evində qonaq olublar.
Vüsalənin anası Lütfiyə Əlizadə bildirib ki, qızının şouya qatılmasını istəməyib:
"Qızım iradəlidir. O gedəndə mən razı deyildim. Səhhəti ilə bağlı narahat idim. Dedi ki, gedirəm, səhhətimdə problem olsa, qayıdacam. Birinci can sağlığıdır. Əgər səhhəti ilə bağlı narahatçılığı varsa gəlsin".
Qızı Dilək isə anası üçün darıxdığını, onu efirdə görəndə ekrandan öpdüyünü deyib və Vüsaləyə hədiyyə göndərib.
Anasının və övladının yayımlanan görüntülərini izləyən Vüsalə göz yaşını saxlaya bilməyib. Aparıcı Murad Dadaşov Diləyin hədiyyəsini Əlizadəyə verərək, onun şoudan getdiyini söyləyib:
"Vüsaləni bura dəvət edəndə məqsədim qurulmuş tamaşa deyildi. Onun şoudan getməsi dünən səhər saatlarında baş verdi. Artıq səhhətində ciddi problem yoxdur. O, problemləri əvvəlcədən nəzərə alıb. Həkimlər davam edəcəyini dedilər, amma Vüsalə getmək istədi".
"Övladıma maşından öncə, mənim can sağlığım önəmlidir" deyə, Vüsalə bildirib.
Qeyd edək ki, V.Əlizadə bir böyrəklə yaşayır. O, əməliyyat olunub və anası öz böyrəyini ona verib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub