“Uşaqlarıma görə tonqala da gedirəm,torba da atıram” Məşhurlar "Su çərşənbəsi"ni necə keçirəcək?

717
“Uşaqlarıma görə tonqala da gedirəm,torba da atıram” Məşhurlar "Su çərşənbəsi"ni necə keçirəcək?

Sərt qış aylarından sonra yaz fəsli öz gəlişini Novruzun ilk çərşənbəsi olan “Su çərşənbəsi” ilə hiss elətdirməyə başladı. Müxtəlif inanclarla zəngin olan “Su çərşənbəsi”ndə insanlar arasında “Əzəl çərşənbə”, “Sular Novruzu” da deyirlər.

Xalqın inamına görə, məhz bu gün “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bəs görəsən yerli məşhurlarımız bu günü necə keçirəcək? Ümumiyyətlə şou-biznesimizin tanınmış simalarının bu bayramla bağlı inanclara etiqdları varmı? Bütün bu sualların cavabını tapmaq üçün Metbuat.az müğənnilər arasında sorğu keçirtdi.

Sorğumuzda iştirak edən xalq artisti Faiq Ağayev uşaqlıq illərinə qayıtdı.

“Uşaqlıqda su çərşənbəsində səhər tezdən Bakıdan çıxıb Salyan rayonuna axar su üzərinə gedər, arzularımızı deyərdik. Sonra həmin suyla əl-üzümüzü yuyardıq. Bütün bunlar bitdikdən sonra isə təbiət qoynunda istirahət edərdik. Ümumiyyətlə adət-ənənəmizin qorunması daha çox valideynlərimizin boynuna düşür. İndi heyf ki,o adət-ənənələrə əməl etmirəm. Lakin Novruz ən sevdiyim bayramdır.”

"Eurovision 2012" yarışmasının qalibi Eldar Qasımov isə deyəsən, bu çərşənbələrdən heç xəbərdar deyil:

“Novruz bayramını sevirəm. Öz ab-havası var. Lakin bu inanclar yaxud etiqadlar haqda xəbərim yoxdu. Heç bilmirəm hansı çərşənbədə hansı ənənələr var. Amma onu bilirəm ki, bu gün bu bayramı studiyada çəkilişlərdə keçirəcəm çünki iş hərşeydən vacibdir”

Murad Arif:

“Mənim Novruzla bağlı ənənələrə münasibətim soyuqdur. Anam isə əksinə, bütün adətləri yaşadır və sevir. Novruzda bir tək ona sevinirəm ki, yaz gəlir, havalar isinir.Uşaqlarımızı tanış etməyə çalışırıq. Səməni qoyuruq, biş-düş olur, xonça düzəlir evdə.Özümə gəlincə səs-küyü xoşlamıram. Mənimki odur ki, sakit oturum otaqda, kinoya baxım, kitab oxuyum. Amma uşaqlara görə məcburam ki, tonqala da gedim, torba da atım”.

Tanınmış müğənni Emma Ələkbərzadə isə bayramı evdə ailəsi ilə birlikdə keçirməyə hazırlaşır. Müğənni də bəzi həmkarları kimi bu bayramın etiqadlarına inanmadığını açıqladı.

Rəvan Nasiroğlu 




Xəbər lenti