Alina Kabayeva qapalı həyat tərzinə üstünlük verir və ictimai tədbirlərdə nadir hallarda görünür. Lakin o, bu yaxınlarda istisna edib və uzun müddət ərzində ilk dəfə bədii gimnastika üzrə "Qran-pri Moskva 2017” beynəlxalq turnirinin açılışında iştirak edib.
Publika.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Kabayeva tədbir üçün bədən quruluşunu vurğulayan ağ rəngli paltar seçib.
Pərəstişkarları və rusiyalı jurnalistlər keçmiş idmançı artıq çəkilərindən xilas olduğunu bildirib. Məsələ ondadır ki, Kabayeva bir neçə il əvvəl inanılmaz dərəcədə kökəlmişdi.
Keçmiş idmançı qonaqların qarşısında çıxış edərək nitqində belə tədbirlərin keçirilməsinin vacibliyini vurğulayıb. Kabayevanın sözlərinə görə, gənc gimnastlar üçün peşəkar idmançıların çıxışlarını izləmək imkanı əldə etmək və onların təcrübəsindən öyrənmək vacibdir.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub