Şadlıq evləri, kafelər, restoranlar, barlar və digər obyektlərdə ifa oluna musiqilərə görə həmin obyektlərin mülkiyyətçiləri musiqi müəlliflərinə qonorar ödəyəcək.
Mynews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, bu qərar Nazirlər Kabineti tərəfindən "Ədəbiyyat və incəsənət əsərlərinin kütləvi ifasına görə müəllif qonorarının minimum miqdarı" haqda qanundakı dəyişiklikdə qeyd olunub.
Veriləcək qonorar mahnı ifa edən musiqiçilər tərəfindən yox, məhz obyekt sahibləri tərəfindən ödəniləcək. Həmin obyektlər əgər icarəyə verilibsə, məsələ anlaşma yolu ilə olacaq.
Restoran və şadlıq evi sahibləri isə heç cür bu qayda ilə razılaşmaq istəmir. Qonorarın verilməsini obyektlər bu şəkildə ödəməyi planlaşdırır.
Yığılan məbləğ ay sonunda müəlliflər arasında bərabər sayda bölünəcək. Buna nəzarət isə həmin obyektlərdəki kameralar vasitəsi ilə həyata keçiriləcək. Müəyyən olunacaq ki, neçə gün ərzində neçə mahnı və kimlərin mahnısı ifa olunub.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub