Əməkdar artist Mehriban Xanlarova özündən yaşca kiçik bəydən evlilik təklifi alıb.
Mynews.az-ın məlumatına görə, aktrisa bu barədə “APA TV”-nin “Show time” verilişində deyib. O, bildirib ki, ona yalnız yaşca kiçik bəylər elçi gəlir:
“Həyatımda heç kimsə yoxdur, amma mən xoşbəxtəm. O qədər ailəsi olan var ki... Yalandan üzdə xoşbəxt görsənirlər. Amma hər bir qadın kimi mən də tək qalmaq istəmirəm. Amma kimsəyə inanmıram. İnamımı qazanan yoxdur. Azərbaycanlı yox, başqa bir dövlətdən olan bəylə ailə qurmaq istəyərdim. Mənə evlilik təklifi hər zaman olur. Özü də mənlə evlənmək istəyən oğlanlar yaşca məndən balacadırlar. Təkliflərinə cavab olaraq deyirəm ki, yaşda balacasan. Deyirlər ki, “Yaşın nə fərqi var ki?”. Bir də ki, mən söz-söhbətdən bezmişəm. Bu təklifə “hə” desəm, nələr danışacaqlar. İdeal bir bəy çıxsa, nə deyəcəyimi bilmirəm. Qismətdir”
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub