ATV-də yayımlanan "Maşın şou”nun təşkilatçıları jurnalistlərə hörmətsizlik edib.
Mynews.az Metbuat.az-a istinadən bildirir ki, buna səbəb xəbər saytlarının şou haqda yazdığı xəbərlər olub. Belə ki, şounun qalibi 2 gün öncə məlum olsa da, Murad Dadaşov və onun komandası qalibi tamaşaçılardan gizlətmək qərarına gəlib. Verilişin sponsorları ilə bağlanan müqaviləyə görə şou 17 gün davam etməli və final günü oktyabrın 25-də olmalı imiş. Ancaq media Murad Dadaşovun bu yalanını üzə çıxarıb və "Maşın”ı Talıb Talehin qazandığını yazıb. Bu da aparıcını qəzəbləndirib və o 2 gün öncə şouya dəvət etdiyi jurnalistləri zaldan uzaqlaşdırmaq əmri verib. Şounun mühafizəçiləri kobud şəkildə medianı zaldan uzaqlaşdırıb, eyni zamanda onlara deyilib ki, bu yazdığınız xəbərlərə görədir. Bundan başqa aktyor İlkin Misgərliyə hədiyyə olunan avtomobili də sürpriz kimi canlı yayımda açıqlamağı planlaşdıran aparıcının arzusu ürəyində qalıb./Azxəbər
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub