USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Elşad Qarayevdən keçmiş gəlininə cavab "Mənim əlimdə onun elə səsyazıları var ki..." - FOTOLAR

17:25 26.10.2017
Elşad Qarayevdən keçmiş gəlininə cavab "Mənim əlimdə onun elə səsyazıları var ki..." - FOTOLAR
17:25 26.10.2017

Xəbər verdiyimiz kimi, müğənni Rəvan Qarayev ikinci həyat yoldaşı Günay Rəhimovadan boşanıb.

Mynews.az Axşam.az-a istinadən xəbər verir ki, Günay ailəsinin dağılmasında qayınatası və qayınanasını günahlandırıb.

Onun “Sən Allah üçüncü dəfə də evlən. Atan, anan onun da beynini yesin. Rəvan, öz danışdığına özün inanırsan?” sözləri Rəvanın atası, müğənni Elşda Qarayevi əsəbiləşdirib. 

E.Qarayev gəlini üçün çox yaxşılıq etdiyini deyib:

“Çox sağ olsun, danışdıqları üçün, Allah canını sağ eləsin. Mənim etdiyim yaxşılıqların qarşısında o sözləri deyib yəqin. Əlimin duzu yoxdur. Mən ona qayınata yox, ata olmuşam. Qayınanası isə heç onun qapısını açmırdı. Özü yalvarırdı ki, bizə gəl. Bilirdi ki, necə gəlindi, ona görə evinə getmirdi. Mənim öz ayrı evim var, onunla yaşamırdım. Necə pis ola bilərəm? Əgər mən pis adamamsa, 40 ildir bir qadınla ailəliyəm. Bizim ailəni Arif Babayevdən, başqa sənətkarlardan soruşun. Ayıbdır, sənət adamıyıq, nə gəldi danışır”.

Qarayev daha sonra gəlinini hədələyib:

“Ona deyin ki, çox da irəli getməsin. Mənim əlimdə onun elə səsyazıları var ki, məhkəməyə göstərsəm uşağı da əlindən ala bilərəm, onu analıq hüququndan məhrum edərlər. Məni buna məcbur etməsin. Mən körpəni anasından ayırmaram axı... Bu səsyazıda yoldaşına qarşı işlətdiyi elə tərbiyəsiz ifadələr var ki... Bunu efirdə göstərmək mənə yaraşmaz. Heç küçə adamları belə sözlər işlətməz. Onun mənim yoldaşıma etdiklərindən xəbərim olmayıb. İndi hər şeyi bilirəm”.

“Bəs gəlininiz niyə ailəsini dağıdır” sualına müğənni belə cavab verib:

“Atası evindən maşınla gəlmişdi guya. Maşının nə qədər borcu var idi. Rəvan özü üçün aldığı maşını da ancaq Günay sürürdü. Hətta ona maşın da aldıq verdik. Götürüb apardı, eybi yox uşağımıza hədiyyəmiz olsun. Onu pul qane etmirdi. Pul dəlisi idi".

Qeyd edək ki, bu, Rəvanın ikinci evliliyidir. Onun ilk ailəsindən bir, ikinci evliliyindən də bir qız övladı var.

 


Xəbər lenti

300x200r