Tanınmış teleaparıcı Şəbnəm Həsənova xalq artisti Nisə Qasımovanın yeni duetilə bağlı qalmaqallı status paylaşıb.
Bu yaxınlarda müğənni Nisə Qasımova “Yalandı” mahnısını Qara Dərvişlə yeni aranjimanda oxuyub.
Metbuat.az xəbər verir Ş.Həsənova sosial şəbəkədə sözügedən mahnını paylaşıb və bir çox müğənniləri ondan örnək götürməyə səsləyib:
“Bəzi enlibel xalalar, arxasıyekə gəlinlər, keçəlinə tük əkdirən bığlı dayılar baxsın və örnək götürsün. Gəlirinizi evlərinizə, maşınlarınızı dəyişməyə xərcləməklə şedevrlər yaratmayacaqsınız. Toylarda oxumağınız bir yana, yeməkdən də dediyim nahiyələriniz gündən günə böyüyür. Özünüzü düşünüb, olduğunuz pillədə "mən korifeyəm" deyib, dayanırsınız. Yenə də deyirəm, ÖZÜNÜZÜ DÜŞÜNÜB! İnteqrasiya, sintez, yenilik və zövq formalaşdırmaq lazımdır. Nisə xanım, supersiniz! Qara Dərviş isə musiqidən, sözdən anlayan istedadli ifaçıdır. Çox böyük zövq aldım! Dinləyin, qulaqlarınızın pası açılsın”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub