USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Deyirdi ki, mənə qulluq eləməlisən" Mətanət keçmiş ərindən danışdı - VİDEO

20:14 26.10.2017
"Deyirdi ki, mənə qulluq eləməlisən" Mətanət keçmiş ərindən danışdı - VİDEO
20:14 26.10.2017

"Olan şeydən danışarlar. Maketdən danışım? Heç yaraşmırdıq da bir-birimizə. 10 günün içində o, məni gördü, mən də onu gördüm, nə sevgi? Mənim də o zaman dayanmadan toylarım var idi. Gələndən sonra o da qaçdı. Mən onunla bir vaxt tapıb çay da içə bilmədim.

Mynews.az xəbər verir ki, bu sözləri müğənni Mətanət Əsədova ARB TV-nin efirində yayımlanan "Səhər-Səhər" proqramında keçmiş həyat yoldaşı haqqında danışarkən deyib.

"Elçiliyə gəldilər. Toyda fikirləşdim ki, indi tək olmayacam. Həyatdır da, tanımadığın bir insan gəlib sənin yanında oturub. Ömür-gün yoldaşı olursan. Dünyaya bir övlad gətirirsən olur sənin canparan. Oğlan dediyinə görə ilk görüşdən vurulmuşdu mənə. O dedi ki, evdə heç kim işləməsin, özün gör işləri. Mənə qulluq eləməlisən. Şah Abbasın oğluna getmişdim axı. Dedim ki, qoy nə istəyir o olsun.

Həmişə səhər açılanda yeməyin iyinə durardı ki, bu salat nə salatdır, bu nə yeməkdir? Deyirdim ki, qonşu gətirib, mən heç nə bilmirəm ki. Deyirdi ki, inanmağım gəlmir, görən Mətanətdir bunları edən? Çox adam elə bilir ki, çay da dəmləyə bilmirəm. Evdarlığım oxumağımdan da güclüdür.

Kişi kişi xarakterində olar. Öz sözünü deyə bilər. Kaş ki, elə kişi olardı ki, mənim səsim çıxmasın. Bu insanın istəyi ilə, qısqanclığı bilinmirdi. Deyirdim ki, başa düşürəm səni. Xanımın gedir min insanın içində oxuyur, qəbul edə bilmirsən. Amma sənin də imkanın ona imkan vermir ki, mən evdə oturum. Bu adam mənə çatmırdı. Bilmirdim nə hiss keçirir. Mən ailəni çox sevirəm. Biraz oğlangil tərəfdə kasıbçılıq var idi, amma mən onu özümdən üstün bilirdim. Onun anasının, atasının altında palaz idim".


Xəbər lenti

300x200r