Xəzər TV-də yayımlanan “5/5” verilişinin aparıcı Zaur Kamal sərt reaksiya ilə qarşılaşıb.
Aparıcının efirdə müğənni Sevda Yəhyayeva və Şəbnəm Tovuzlunun makiyajını sildirməsi sosial şəbəkədə müzakirələrə səbəb olub:
“Utanmır? Belə aparıcı olar? Zaur getsin öz üzünün qrimini silsin”, deyə insanlar rəy yazıb.
Mynews.az xəbər verir ki, yenicag.az-a açıqlama verən Zaur Kamal haqqında yazılan şərhləri oxumadığını bildirib:
“Nə yazırlar yazsınlar, mən heç vaxt o şərhləri oxumuram. Qaldı ki, mənim üzümə nəsə çəkməyimə, heç vaxt qrim etməmişəm və etmərəm də. Bu mənim xarakterimə yaddır. Hətta rəhbərlik də mənə bildirib ki, efir üçün qrim etmək lazımdır, etiraz etmişəm”.
Z. Kamal efirdə şou yaratmasının insanlar tərəfindən qıcıqla qarşılanmasını anlaya bilmədiyini deyib:
“Dünyanın hər yerində belə əyləncəli-şou verilişləri var və şou naminə hər bir aparıcı da nəsə edir. Başa düşə bilmirəm, niyə Azərbaycanda belə şouları hələ də qəbul edə bilmirlər? Yəqin ki, izləyicilərin belə şouları qəbul etməsi üçün hələ bizə onillər lazımdır. “5/5” verilişi şou-əyləncə formatlıdır. Müğənnilər də gəlir gülür-danışır və bunu da normal qəbul edirlər. Heç kim buna görə məndən incimir, incisəydi, Şəbnəm Tovuzlu da, Sevda da növbəti dəfə verilişimə gəlməzdi”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub