USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama RƏSMİ-YENİLƏNİB

17:00 30.10.2017
Fədayə Laçının həbs xəbəri ilə bağlı açıqlama RƏSMİ-YENİLƏNİB
17:00 30.10.2017

Müğənni Fədayə Laçının məhbusların qaçmasında təqsirli bilinərək saxlanılması rəsmi şəkildə təsdiqlənib.

Mynews.az xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Trend-ə açıqlamasında deyib ki, oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

E.Sultanov bildirib ki, məsələ ilə bağlı əlavə rəsmi məlumat açıqlanacaq.

16:44

Oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilən müğənni Fədayə Laçının (Məmmədova Fədayə Baris qızı) həbsi ilə bağlı bəzi detallar üzə çıxıb.

Mynews.az Musavat.com-a istinadən xəbər verir ki, Fədayə Laçın 304.2.1 maddəsi (Qabaqcadan əlbir olaraq həbs yerindən və ya mühafizə altında olanlara qaçmağa kömək etmə) ilə həbs olunub. O, mütəşəkkil dəstənin üzvü olub. Mütəşəkkil dəstə üzvləri arasında müğənnidən başqa Günay Atakişiyeva adlı qadın da olub.

Müğənni hazırda axtarışda olan Etibar Məmmədovun tapşırığı ilə dəstə üzvlərinə açar və qaçış üçün alətlər verib və dustaqların qaçmasına yardım edib. Bu qaçış uzun müddət əvvəl planlaşdırılıb.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.

15:40

Azərbaycanda tanınmış xanım müğənni həbs edilib.

Mynews.az-ın APA-ya istinadla məlumatına görə, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.

F.Laçın həmin iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməkdə barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, hazırda Cinayət Məcəlləsinin (CM) müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar.

Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub.

Etibar Ələkbər oğlu Məmmədovun axtarışı istiqamətində tədbirlər davam etdirilir.


Xəbər lenti

300x200r