Müğənni Xuraman Şuşalı "5/5" verilişinin qonağı olub.
Mynews.az axşam.az-a istinadən bildirir ki, aparıcı Zaur Kamal ifaçıya gözləmədiyi sual ünvanlayıb.
Sənətçi "Oxumurdun, radiodan da mahnılarını çıxartdırdın. İndi gördün ki, qazanc, pul yoxdur başladın yenə oxumağa, toylara getməyə" sözlərinə belə cavab verib:
"Müğənnilikdən getdim, 3 il fasilə verdim. Amma qazanca görə geri qayıtmadım. Mənim dekor evim var, onla da pul qazanıram. Efirlərə qonaq gedirdim, amma mahnı oxumurdum".
Daha sonra efirdə X.Şuşalının dünyasını dəyişən anasının görüntüləri yayımlanıb.
Göz yaşını saxlaya bilməyən müğənni atasını və anasını xatırlayıb:
"Atam 1995-ci ildə dünyasını dəyişib. Müharibədə yaralanmışdı, 3 il yataq xəstəsi oldu. Uşağım dünyaya gələndən sonra anam mənimlə qaldı. Sonra qardaşımın yanına köçdü. Özü xəstəliyini bilmirdi. 65 yaşında anamı itirdim".


1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub