Bir neçə gün əvvəl rəqqasə Oksana Rəsulova keçmiş əri, reper Elşad Xoseni polisə şikayət etmişdi.
Mynews.az-ın məlumatına görə, sənətçi Elşadı onu döyməkdə və bıçaqla hədələməkdə günahlandırıb.
Bir gün saxlanıldıqdan sonra Xose sərbəst buraxılıb. Hər iki tərəf bununla bağlı sualları cavabsız qoyub, hətta xəbərlərin yalan olduğunu deyiblər.
Son günlər Oksana sosial şəbəkədəki paylaşımları ilə diqqət çəkib. Rəqqasə ötən gün “Ən ağır günümdə də gülümsəməyi bacarıram” başlıqlı şeir paylaşıb.
Bu gün isə Rəsulova daha bir şeir yayımlayıb. Nəzmdə “Məyus olmağın daha bir səhifəsi. Mənim qəlb dəftərimə yazıldı. Həyat axmaq filmə çevrildi. Möcüzəyə inanmadan ona yüz dəfə baxırsan. Onsuz da kadrları dəyişə bilməyəcəksən” sözləri yer alıb.
Sənətçi heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın müəllif olduğu şeirə "Qəlbin dərinliklərinə toxunan bu sətrlər üçün təşəkkürlər" şərhini yazıb.
Oksana paylaşımlarındakı şərh hissəsini bağlayıb.


1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub