Türkiyəli model Şenay Akay ilə bir zaman aparıcılıq etdiyi proqramın prodüserləri arasındakı məhkəmə prosesi davam edir.
Mynews.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, məhkəmədə ifadəsi alınan Ş.Akay “A.S. ona zərbə endirdiyimi söyləyir, amma bu, mümkün deyil. Mən təcavüzə məruz qalmışam” deyib.
“Pula görə mübahisə etdiyim T.S. qapını kilidlədi. Məni təhqir etdi. Qardaşı isə məni dodağımdan öpməyə çalışdı, sonra döydü. Mən altı kişinin olduğu bir otaqda idim. Orada birini döyə biləcəyim belə mümkün deyildi. Psixologiyam pozulub”, - deyə model sözlərinə əlavə edib.
Qeyd edək ki, Şenay Akay bir TV kanalında təqdim etdiyi proqramdan pulunu ala bilməyib və buna görə proqramın istehsalçılarından iki nəfər ilə mübahisə edib. Daha sonra Ş.Akay təcavüzə məruz qaldığını və döyüldüyünü söyləyərək məhkəməyə şikayət edib. Həmin iki şəxs isə modelin onları vurduğunu və təhdid etdiyini bildirərək məhkəməyə üz tutub.
1
Əməkdar artist Züleyxa Hacıyeva vəfat edib
446 dəfə oxunub
2
Pegasus Rusiyaya uçuşları bərpa etdi
394 dəfə oxunub
3
Şimali Kiprdə gəmi qəzasından sonra nazir vəzifəsindən uzaqlaşdırılıb
372 dəfə oxunub
4
Bakıda məktəblərdə dezinfeksiya işləri aparılır
372 dəfə oxunub
5
SEPAH ABŞ-nin gəmilərini vurdu
215 dəfə oxunub