Azərbaycanın tanınmış müğənnisi Samir Piriyev döyülüb.
Mynews.az-ın Qafqazinfo-ya istinadla xəbərinə görə, bu barədə müğənni ilə uzun müddətdir məhkəməlik olan Kamran Həsənli və onun vəkili Türkel Süleymanlı mətbuat konfransı zamanı deyib.
Bildirilir ki, Piriyev bir müddət əvvəl polisə müraciət edərək döyüldüyündən şikayətlənib. O, ərizəsində “beşbarmaq”la döyüldüyünü iddia edib. Məlumata görə, hadisə bir neçə həftə əvvəl sənətçinin evinin qarşısında baş verib.
S.Piriyevin vəkili Ruslan Əhmədoğlu mövzu ilə bağlı açıqlama verib: “Samir yolla gedərkən kiminləsə dalaşırsa, bunun Kamranla cinayət işinə nə aidiyyəti var?! Nəsə bilirsə, açıqlama versin. Həmin məlumatlar onda hardandır? Rəsmi müsahibə versin, Samir də məsləhət bilsə, özü bu barədə danışar”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub