Xəzər TV-də yayımlanan "5 də 5" verilişində bir sıra maraqlı məqamlar ortaya çıxıb.
Verilişdə qonaq olan Əlikram Bayramovun toy kadrları yayımlanıb. Gəlinin yəni Əlikramın həyat yoldaşının yaşca çox kiçik görünməsi diqqət çəkib. Hər kəsi gəlinin yaşı maraqlandırıb.
Həyat yoldaşını qaçırdığını bildirən müğənni toyda gəlinin yaşı haqqında yalan məlumat verib. Onun əvvəlcə 18 yaşında olduğunu bildirsə də bir qədər sonra 17 yaşı olduğunu qeyd edib. Aparıcı Zaur Kamal isə onu yalan danışmaqda ittiham edərək bildirib ki, gəlinin 15 yaşı olduğunu bildirib.