USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Müğənni Xatirə nişanlı avtoritetlə SEVGİLİ İMİŞ 4 il qeyri-rəsmi nikahda yaşayıb və...

18:09 01.11.2017
Müğənni Xatirə nişanlı avtoritetlə SEVGİLİ İMİŞ 4 il qeyri-rəsmi nikahda yaşayıb və...
18:09 01.11.2017

Fədayə Laçının həbsinin ardından kriminal dünyanın “ulduzları” ilə sevgi yaşamış sənət adamları gündəmə gəlib.

Myneüsşaz  a24.az-a istinadən xəbər verir ki, tanınmış müğənni Xatirə İslam "Spartak" ləqəbli avtoritetlə sevgili olub.

Heç kəsə sir deyil ki, ifaçı “Texnikabank”ın Bakı filialının sabiq rəhbəri Zal Yusifovun 8 il həbs cəzası almış “Spartak” ləqəbli oğlu İslam Yusifovla sevgili olub. Hətta o da iddia olunur ki, Xatirənin götürdüyü “İslam” təxəllüsü də məhz sevgilisinin adı ilə bağlıdır. Sadəcə, xalqın gözündən pərdə asmaq məqsədilə bu təxəllüsü mərhum Xalq artisti İslam Rzayevin adı ilə bağlayıb. Xatirə İslam özü bu sevgi barədə etiraf etməsə də, “Spartak” istintaqa ifadəsində Xatirəni 16 yaşında tanıdığını, 4 il qeyri-rəsmi yaşadıqlarını, müğənniyə külli miqdarda pul xərclədiyini bildirib:

“Ona 2 ev, 30-40 min dollar cibxərcliyi, klip üçün 50 min, ofis üçün 60 min manat, “Audi Q7” üçün 40 min dollar, “Range Rover”in kreditindən 20 min dollar, bağının təmiri üçün 50 min dollar, axırda da 100 min manat pul vermişəm. Ona bir neçə daşınmaz əmlak, ev və avtomobil almışam”.

İslam Yusifov ifadəsində göstərmişdi ki, Xatirənin aldığı iki evin pulunun bir hissəsini ödəyib. Həmin evlərdən birini Xətai metrostansiyasının arxasında yerləşən “Ləpələr” MTK şirkətinin tikdiyi yeni binada, digərini isə Göy məscidin arxasında yerləşən yeni tikilmiş binadan alıb: “Xətai metrostansiyasının arxasında yerləşən binadakı mənzil 3 otaqdan ibarətdir və bildiyimə görə, anasının adınadır. Həmin evin alınması üçün 30 min dolları şirkətə ödəmişəm, 20 min isə Xatirənin özünə vermişəm. Yəni həmin evin alınması üçün 50 min dollar pul ödəmişəm”.

İslam Yusifov ifadəsində Xatirənin onu təhdid etdiyini də bildirmişdi: “2008-ci ilin iyun ayında ailə həyatı qurmağa hazırlaşdığı üçün Xatirə ilə münasibətlərimə son vermək qərarı verdim. Lakin Xatirə məni şantaj edərək münasibətlərimizin qurtarması üçün 100 min ABŞ dolları istədi. Əks təqdirdə, ailəmə və nişanlıma zəng vuraraq, aramızda olan hər şeyi danışacağını bildirdi. Buna görə də Xatirə mənə 2-3 gün vaxt verdi və məndən xarici pasportumu tələb etdi. Mən də onu sakitləşdirmək məqsədilə xarici pasportumu ona verdim. Bir qədər sonra isə 100 min dolları Xatirəyə ödəmək qərarına gəldim”. 

Cinayət işinin materiallarından o da məlum olmuşdu ki, İslam Yusifov Xatirəyə “Xalq artisti” adı verilməsi üçün Milli Məclisin deputatlarından birindən də xahiş edibmiş. Həmin deputat da istintaqa verdiyi ifadəsində qeyd edib ki, “Xalq artisti” adının verilməsi onun səlahiyyətləri çərçivəsində həll edilmir və adı ölkə prezidenti verir.


Xəbər lenti

300x200r