Sevgilisi “Qoca” ləqəbli avtoritet Etibar Məmmədovun həbsdən qaçmasına kömək etməkdə təqsirləndirilən və həbs edilən müğənni Fədayə Laçına sənət dostları dəstək olublar.
Mynews.az-ın məlumatına görə, müğənnilər sənətçi ilə bağlı paylaşımlar edərək, onun saf sevgisinin qurbanı olduğunu yazıblar.
Bu dəfə müğənni Nadir Qafarzadə Fədayə ilə bağlı paylaşım edib və bu sözləri yazıb:
“Can, Fədayə! Sadəlövh, sənətinin dəlisi, sənətinin cinayətkarı, aşiqi... Bülbül səslim, Laçın yanğısıyla alışıb-yananım... Sevgisini qorumaq üçün qurbana çevrilən Fədayəm. İnanıram ki, günahsızlığın sübuta yetiriləcək və bəzi səni qınayıb, tənqid edənlər dediklərindən utanacaqlar. Allah bağlı qapılarını açsın, inşallah!”.
Qeyd edək ki, Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) oktyabrın 23-də Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilir.
F.Laçın həmin iş üzrə təqsirləndirilərək barəsində Nəsimi rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
F.Laçının qaçan məhbuslardan biri, "Qoca" ləqəbli avtoritet Etibar Məmmədovla fotosu yayılıb. Fədayənin "Qoca" ilə sevgili olduğu bildirilib.
Ötən gün gecə yarısı “vorzakon”un saxlanılması üçün keçirilən əməliyyat zamanı atışma da baş verib. Silahlı şəxslərdən biri bir neçə gün bundan əvvəl Biləcəri dəmiryol stansiyasında qaçan məhbus, "Qoca” ləqəbli Etibar Məmmədov olub. E.Məmmədov atışmada yaralanıb və ölüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub