“Cinemzadeh” studiyası tərəfindən istehsal olunan “Kəklikotu” komediya filminin ilk tizeri yayımlanıb.
Publika.az xəbər verir ki, ekran işi yay aylarında lentə alınıb.
Filmdə hadisələr meyvə-tərəvəz satmaq üçün paytaxta gedən dayı və bacıoğlunun başqasına çatacaq bir kisə kəklikotunu yolda satması ilə başlayır. Sonradan məlum olur ki, kisədəki kəklikotu yox, qurudulmuş marixuana imiş.
Ekran əsərində tanınmış simalar yer alıb. Onların sırasında müğənni Nigar Camal, aktyorlar Kamran Ağabalayev, İslam Mehrəliyev, Müşviq Şahverdiyev, Fərda Xudaverdiyev, Elcan Rəsulov, Rövşən Məmmədli, Əlixan Rəcəbov, rejissor Aqil M.Quliyev və başqaları var. Çəkilişlər zamanı aktyorlar çətin anlar yaşayıb və obrazının haqqını verməyə çalışıb. Hətta, çəkiliş günlərinin birində Nigar Camal ciddi zədə alıb. İfaçının barmağı sınıb.
Qeyd edək ki, filmin baş redaktoru Xətai Əli, rejissorları isə Cəfər Axundzadə və Vüqar İslamzadədir.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub