Azərbaycanın Xalq artisti Rasim Balayev Bakı Ali Neft Məktəbində "Dədə Qorqud" filmində şirlə olan epizodu zamanı yaranan çətinliklərdən və maraqlı hadisələrdən danışıb.
Mynews.az Metbuat.az-a istinadən xəbər verir ki, Rasim Balayev şirlə çəkilməmək üçün dəfələrlə rejissora müraciət edib, lakin onun bu istəyi reallaşmayıb:
“O səhnə bir faciə idi. Ondan sonra bir də elə təklifi qəbul etmədim. Xalq yazıçısı Anara yaxınlaşıb dedim ki, o səhnəni dəyiş. Dedi ki, qorxma, ev şiridir onunla yatmalısan. Onda yadıma bir aktyorun sözləri düşdü. Adam deyirdi ki, "mən də südlə böyümüşəm, amma ət yeməkdən çox məmnunam". Sonra şirlə üz-üzə gəldik, gördüm məni süzür. Fikirləşdim ki, "hardan başlayım" deyə düşünür. Sonra onu əsəbləşdirməyimi dedilər. Rejissora dedim ki, bax mənə nəsə olsa, övladlarıma pensiya verin”.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub