Dayısı tərəfindən ermənilərə satılan gənc bu dəfə canlı efirə oğlu üçün çıxdı.
A24.Az xəbər verir ki, “Səni Axtarıram” verilişinə gənc oğlan müraciət edib. O, vaxtilə dayısı tərəfindən ermənilərə satılaraq ailəsindən uzaq düşüb. Bir neçə il öncə ailəsinə qovuşan gənc oğlan, bu dəfə oğlu üçün bu verilişə müraciət edib. O bildirib ki, 2015-ci ildə ailə həyatı qurub. “Həyat yoldaşım məndən öncə başqa oğlanla nişanlı olub.
Lakin toyuna 4 gün qalmış nişanını qaytarıb. Buna baxmayaraq, onu qəbul etdim və evləndim. Hər şey yaxşı idi. Amma həyat yoldaşımın atası bizə tez-tez gələrdi və hər dəfə bir problem çıxardırdı. Övladımız var. Amma qaynatam deyir ki, uşaq məndən deyil”, – deyə bu illər ərzində başına gələnləri danışıb.
Hüquqşünas Şəfiqə Nağıyeva isə “Qıza yazığı gəlib evlənib. Elə şey olar? Kim yazığı gəldiyi adama deyər ki, gəl evlənək?! O, yaxşı qız deyilmiş ki, nişanı qayıdıb”, – deyərək oğlana etiraz edib.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub