Müğənni Nadir Qafarzadə oğlunu evləndirmək istəyir.
Axşam.az-ın məlumatına görə, sənətçi bu haqda "5/5” verilişində deyib. O bildirib ki, sənət dostlarından birinin qızını oğluna almaq istəyir. Nadir həmin müğənninin adını çəkmək istəməyib:
"Onu demək istəmirəm. Birdən alınmaz. Qəşəng, savadlı və tərbiyəli qızdır. Mən adam tanıyanam, görən kimi dedim evimin gəlini olsun. 20 yaşı deyəsən olacaq. Özünə deməmişəm. Ürək etmirəm. Dostluğumuz var. Oğlumu xanım görüb, qızı yox. Həyat yoldaşımın da, mənim də ürəyimizdən o qız keçir”.
Qafarzadə daha sonra aparıcı Zaur Kamalın qulağına sənətçi xanımın adını deyib.
Z.Kamal isə efirdə səhvən Nüşabə adını çəkib və xanım müğənninin adının "N” hərfi ilə başlayır deyib. "Zəng edim efirdə deyim ki, Nadir elçi gəlmək istəyir” sözlərinə müğənni etiraz edib:
"Yox, demə, oğlum əsəbiləşər. Hələ ondan soruşmamışam. Heç qarşı tərəf də nə reaksiya verər bilmirəm”.
Qeyd edək ki, Qafarzadənin iki oğul övladı var.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub