Şou-biznes nümayəndələri bu dəfə sevgidən danışıblar.
Mynews.az axşam.az-a istinadən bildirir ki, "Xəzər maqazin" müğənnilər arasında sorğu apararaq onlara "Sevgi nədir və onu necə yaşayırsınız" sualını ünvanlayıb. Müğənnilərin sevgi etiraflarını təqdim edirik:
Tünzalə Ağayeva: "Özünü unudursan. Onun varlığı sənin içinə dolur. Hər yerdə onu görürsən, axtarırsan. Sanki insanın nəfəsi çatmır. Ancaq axtarışdasan. Yanında deyilsə, gözün onu axtarır".
Namiq Qaraçuxurlu: "Aşiq olanda tənbəlləşirəm. Sənətlə məşğul olmuram. Sonrakı vaxtlar başlayıram çox çalışmağa".
Sevda Ələkbərzadə: "Gözlərdə daima sevinc və təbəssüm olur".
Elçin Cəfərov: "Elə bir hissdir ki, hardan gəlir hara gedir bilmirsən".
İlqar Muradov: "Uzun illər əvvəl bu hissi yaşamışam. Nə yaxşı aşiq olmuşam".
Ayaz Qasımov: "Bu hissləri sözlə demək olmur. Onu təbii yaşamalısan".
Dado və Natavan Həbibi: "Sadəcə "Mən səni sevirəm" deməlisən".
Nadir Qafarzadə: "Yanımdadır deyə, başqasına aşiq ola bilmirəm. Gecələr rahat yatıram. 24 il əvvəl narahat idim. Aşiq olanda yata bilmirəm".
Elton Hüseynəliyev: "Gördün, darıxdın və aşiq oldun. Görürsən və özündən asılı olmadan ancaq onu düşünürsən".
Elnarə Xəlilova: "Yemək yeyəndə belə düşünürəm ki, görəsən, Rövşən (həyat yoldaşı - red.) acdır? Ürəyimdə qalır. Zəng edirəm ki acsan?".
Yasar Yusub: "İnsana baxır. Hərə fərqli yaşayır. Əgər xasiyyət yerindədirsə, illərlə sevərsən. Gözlərin parıldayır. Daim düşünürsən və sms gözləyirsən".
Günay İbrahimova: "Hörmət, sədaqət və bağlılıq yoxdursa, sevgi davam etməz".
Lalə Məmmədova: "Sevgini göz yaşı olmadan yaşamaq olmur. İnsan sevəndə özü olmur".