Amerikada yaşayan Azərbaycan əsilli model Kamilla Osman sosial şəbəkədə yeni fotoşəkillərini paylaşıb.
Mynews.az-ın Lent.az-a istinadən məlumatına görə, erməni əsilli ulduz Kim Kardaşyana bənzərliyi ilə tanınan modelin yeni fotoları maraqla izlənilib.
Azərbaycanlı model ona xoş söz yazanlara “Mən Azərbaycanımı və fanatlarımı çox sevirəm” şərhini yazıb.
22 yaşlı Kamilla kanadalı moda bloggeri və sosial medianın siması kimi məşhurlaşıb. O, Kanadanın Toronto şəhərində böyüyüb. Ailəsi azərbaycanlıdır. Kamilla 15 yaşından bəri Kim Kardaşyana bənzərliyi ilə diqqət çəkir.
Onun “Instagram”da 380 mindən çox izləyicisi var.
Qeyd edək ki, Kim Kardaşyan K.Osmanla birgə fotçəkilmiş şəklini sosial şəbəkədə paylaşaraq bu sözləri yazıb: “Kamilla çox şirin qızdı. Bizi bir-birimizə oxşadan çox adam var. Onunla tanışlıq çox əyləncəli oldu”.
A.S.
1
Xırdalanlılara ŞAD XƏBƏR - Tıxac problemini həll edəcək iki böyük layihə
426 dəfə oxunub
2
Teymur Musayev Baş nazirin müavini təyin edildi - SƏRƏNCAM
425 dəfə oxunub
3
Bakıda iki avtomobil toqquşdu: Piyada öldü
423 dəfə oxunub
4
Vətən Müharibəsi Qəhrəmanına - Yüksək rütbə verildi
333 dəfə oxunub
5
Masazırda avtomobil piyadanı vuraraq öldürüb
330 dəfə oxunub