USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Nigar Camal "Fədayə Laçın kimi mən də sənətimi qurban verərdim"

13:13 04.11.2017
Nigar Camal "Fədayə Laçın kimi mən də sənətimi qurban verərdim"
13:13 04.11.2017

Bugünkü müsahibimiz, o qədər səmimi, sadə və pozitivdir ki, heç deməzsiniz bu xanım “Avroviziya” yarışmasında Azərbaycana birincilik gətirib. Bəli, düz tapdınız! Söhbət, müğənni Nigar Camaldan gedir. İlk olaraq hansı agentliyə müsahibə verdiyini bilməsə də, onun zarafatına “CNN”dən gəldiyimizi bildirərək, pozitiv qarşılıq verdik.

Mynews.az baku.ws-ə istinadən məlumatına görə, “Altın Kelebek” mükafatlandırma mərasimində “Azərbaycanın ən parlaq ulduzu” nominasiyası üzrə yarışan Nigarın Publika.az–a qısa, ancaq üzünüzdə gülüş yaradacaq müsahibəsini təqdim edirik:

– Nigar xanım, özünüzü necə hiss edirsiniz?

– Çox əlayam, hər şey yaxşıdır.

– Baxmayaraq ki, “Avroziviya” kimi müsabiqənin qalibi olmusunuz, ancaq Türkiyədə ilk dəfədir mükafatlandırma mərasiminə namizədsiniz. Həyəcan var?

– Həyəcan yox, sevinc var. Çox sevinirəm. Türkiyədə müsabiqəyə qatılmamışdım, ancaq jüri olmuşam. Maraqlıdır, baxaq görək nə olacaq.

– Sizcə, qazanma şansınız nə qədərdir?

– Onu deyə bilmərəm. Amma düşünürəm ki, Röya qazanacaq.

– Röyanın orada tanınmağını nəzərdə tutaraq bu qənaətə gəlmisiniz?

– Yox, burada daha çox fanatı var. Gözəl hitləri, mahnıları saysız-hesabsızdır. Röya Azərbaycanda öz hitləri ilə populyar olub, mən isə Azərbaycana qalibiyyət gətirəndən sonra tanınmışam.

– Son zamanlar sizi yerli şou-biznesdə nə qane etmir?

– Bizim şou-biznes lap zəifləyib. On il bundan öncə insanlara daha maraqlı idi. İnstaqram, feysbukdan sonra hər şey adiləşdi.

– Son günlər gündəmdə olan mövzu Fədayə Laçının avtoritetlə eşq macərası və “Qoca” ləqəbli sevgilisinin ölümlə nəticələnən həbsdən qaçışıdır…

– Kimin?

– Deməyin ki, Fədayə Laçını tanımırsınız…

– Ona nə olub ki?

– Həbsdən qaçan sevgilisinə kömək etdiyinə görə həbs edilib.

– Doğrudan? Mənim bundan xəbərim yox idi…

– Sizcə, sevgiyə görə özünü oda-alova atmaq olar? Siz buna cəsarət edərdiniz?

– Baxır hansı sevgilidir. Amma onu deyim ki, avtoritet deyiləm (gülür).

– Bəs avtoritet biri ilə sevgili olarsınız?

– Bilirsiniz mənim üçün sevgi çox önəmlidir. Ona görə mən də sənətimi qurban verərdim. Rəfiqələrimdən soruşsanız onlar da yerimə eyni cavabı verər. Məni çox yaxşı tanıyırlar.

– Qarşıda hansı yenilikləriniz var?

– Dekabr ayında yeni “Kəklikotu” filmimiz ekranlara çıxacaq.

– Çəkilişlərdə çox əziyyət çəkmisiniz…

– Barmaqlarım çıxmışdı, yerinə saldılar. İndi yerindədir (gülür).

– Oradakı döyüş səhnələri çox danışıldı. Çox dərslər almışdınız bu səhnələrə görə?

– Yox, çox təəssüf ki, cəmi iki dərs almışdım. Düşünürəm ki, daha yaxşı məşq etsək, nəticə lap əla olardı. Əlim, ayağım göm-göy gəzirdim (gülür).

– Sizə yeni filminizdə və “Altın Kelebek”də uğurlar arzu edirik, pozitiv müsahibə üçün təşəkkürlər.

– Mən təşəkkür edirəm.


Xəbər lenti

300x200r