Xalq artisti, tanınmış aktrisa Amaliya Pənahova yaradıcılıq sirlərindən danışıb.
Mynews.az xəbər verir ki, Yenicag.az-a açıqlama verən illərin sənətkarı bildirib ki, peşəkar aktrisa tərəf-müqabilləri ilə həyatdakı münasibəti səhnədə hiss etdirməməlidir. Bunu peşəkarlıq kimi dəyərləndirən xalq artisti səhnə fəaliyyətindəki münasibətlərin həyatdakı münasibətlərə dəxli olmadığını deyib:
“Əslində, istənilən həmkarımızla həyatda münasibətləri heç vaxt səhnəyə şamil etməmişik. Ola bilsin ki, səhnəyə çıxanda hansısa aktyorla aramızda gərginik yaşanıb. Amma elə oynamışıq ki, münasibətlərdəki gərginliyi tamaşaçı hiss etməyib. Buna deyirlər peşəkarlıq. Biz səhnədə hər küsdüyümüz şəxslə həyatda düşmən olmuruq, hər sevişdiyimizlə də dost olmuruq. Səhnədə yaşadığımız sevgini həyatda da yaşasaq, onda bizdə ürək qalmaz ki…”
Aktrisa zahiri gözəlliyin səhnədə elə də önəm daşımadığını deyib:
“Gözəllik nisbidir, əsas olan ürək, istedad və səmimiyyətdir”.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub