USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

""Qoca" mərd, əsl kişi idi" Elza Fədayənin sevgisinə balet həsr edir

14:23 04.11.2017
""Qoca" mərd, əsl kişi idi" Elza Fədayənin sevgisinə balet həsr edir
14:23 04.11.2017

Əməkdar artist Elza Seyidcahan Fədayə Laçınla “Qoca” ləqəbli avtoritet Etibar Məmmədova balet həsr edib.

Mynews.az xəbər verir ki, bu barədə Yenicag.az-a açıqlama verən sənətçi sevginin böyük qüvvə olduğunu bildirib:

“Fədayənin həbsə düşməsi xəbəri məni çox sarsıtdı. Sanki onunla bərabər mən də həbsdəyəm. Mən o “Qoca” deyilən avtoritetin videolarını izlədim. Fədayə ona sarılmışdı. Görünür ki, mərd, sözünü deyən oğlan imiş. Əsl kişiymiş. Fədayənin də mərd kişiyə ehtiyacı olub deyə, onu sevib. Əslində, bəlkə də Fədayə onu bir ana, bir bacı kimi qorumaq istəyib. Kaş ki, Etibar heç həbsdən qaçmayaydı, vaxtını gözləyəydi. Bəzi kişilər var, sevdiyini darda qoyur, qaçır. Amma qadınlarımız hər zaman sevgilərinin arxasında dayanır. Fədayə də bəlkə onu qorumaq üçün belə edibmiş. Artıq Etibar yoxdur, Allah Fədayənin də qapısını açsın. Oğlum da onu çox istəyir. Uşaq vaxtı deyirdi ki, ana, böyüyəndə çoxlu pulum olsa, Fədayə Laçına sponsorluq edəcəm. Mən bu sevgiyə həsr olunmuş balet yazdım, adı da belədir: “Etibarda əfsənəyə dönmüş Qoca Fədayənin fədası””

Bəs görəsən Elza özü nə vaxtsa avtoritetə aşiq olardımı?

Sənətçinin cavabı belə oldu:

“Heç kim heç nədən sığortalanmayıb. Hər qadın ağ atlı oğlanı gözləyir. Və o oğlan gələndə gözübağlı atın tərkinə minib gedir, baxmır ki, o adam avtoritetdir, quldurdur, yoxsa oğrudur. Fədayə də o atın tərkinə minib getdi”.


Xəbər lenti

300x200r