"Recep İvedik 4" filmində çəkilən aktyor Cem Korkmazın intiharının səbəbləri məlum olub.
Mynews.az axşam.az-a istinadən bildirir ki, Korkmazın ən yaxın dostları onun psixoloji sarsıntı keçirdiyini və bu səbəbdən özünü öldürdüyünü bildiriblər:
"Cem problemlərini başqaları ilə bğlüşməzdi. Hər şeyi içinə atardı. Son zamanlar kədərli idi. Psixoloji sarsıntı keçirirdi ki, bunun da başlıca səbəbi maddiyyat və iş idi. Bəzi gənc aktyorlar kimi o da istənilən işi tapmaqda çətinlik çəkir, istədiyi kimi dolana bilmirdi".
Xatırladaq ki, Korkmazın cəsədi yaşadığı evdə tapılıb. Cemin dostlarından biri telefonlarına cavab vermədiyi üçün aktyorun evinə yollanıb. Qapının açılmadığını görən şəxs dərhal polisə məlumat verib. Evə daxil olan zaman isə Korkmazın cəsədi ilə qarşılaşıblar.
Qeyd edək ki, C.Korkmazın intiharı xəbərini yumorist Cem Yılmazın qardaşı Can Yılmaz yayıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub