Əməkdar artist Elza Seyidcahan reper Elşad Xosenin keçmiş həyat yoldaşı rəqqasə Oksana Rəsulovanı döymə xəbərinə münasibət bildirib.
Mynews.az-ın məlumatına görə, müğənni "Xəzər maqazin"ə açıqlamasında bununla bağlı suala belə cavab verib:
"Bunlar sevgidən yaranır. Sevir deyə kişi bu addıma ərk edir. Sevməyən kişi hansı ixtiyarla qadını döyür ki? Qadın ona bu münasibəti, şəraiti yaradıb. Onu özündən çıxarıb, ona görə də döyüb”.
Qeyd edək ki, reperin eks-xanımı Oksana Rəsulova Xose tərəfindən xuliqanlıq zəminində döyüldüyünü və bıçaqla hədələndiyini deyib.
Faktla bağlı Binəqədi rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb.

1
Zəhra Quliyeva və polkovnik Mədət Quliyev ayrıldı
1098 dəfə oxunub
2
“Qarabağ” Liverpula bu tarixdə gedəcək
1079 dəfə oxunub
3
Məhkəmə zalında həbs olundu
1070 dəfə oxunub
4
Bakıda ilk dəfə bu imtahanlar elektron qaydada keçiriləcək
1070 dəfə oxunub
5
Bakı Dəmiryolu Vağzalında ölüm hadisəsi
1056 dəfə oxunub