“Oktaydan küsən gərək onun tayı olsun. Deyirəm ay Oqtay, çıxıb ağzına gələni danışırsan”.
Bu sözləri ARB TV-nin “Günə davam” proqramına açıqlaması zamanı meyxanaçı, müğənni Samirə deyib.
O, daha sonra meyxanaçı həmkarı Oqtay Kamillə aralarındakı gərginlikdən danışıb.
“Oqtay yaxşı oğlandır. Amma inkişaf etməyən yerləri var. Heç mən olmadığım məclislərdə də elə ifadələr işlədib ki, göndərmişəm ki, utanmırsan? Sadəcə bu adam özünü hamıdan qabaqda, yüksəkdə görmək istəyir”.
Samirə sonda meyxanalarının Oqtayın yazdığı iddiasına da cavab verib:
“Biz məclisə gedəndə meyxana yazıb getmirik. Heç mənim ondan, onun da məndən xəbəri olmur. Küsülü olanda da bir məclisə getmişik. Elə meyxanalarımız olub ki, onları versək Azərbaycanda dəhşət bir şey olar. 18+ meyxanalar olub. Özü də 2 plusla. Yuyub sərmişik birbirimizi. Neçə dəfə olub ki, Oqtay toya, verilişlərə gəlməyib, məni pis vəziyyətdə qoyub”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub