USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Tanınmış aparıcı “Ən böyük səhvim o olub ki...” - MÜSAHİBƏ

19:21 06.11.2017
Tanınmış aparıcı “Ən böyük səhvim o olub ki...” - MÜSAHİBƏ
19:21 06.11.2017

Tanınmış aparcı Günel Hümbətova Publika.az-ın “Üç nöqtə” layihəsi çərçivəsində yarım qalmış cümlələri tamamlayıb.

- İndiki ağlım olsaydı...

- Əvvəl əsəbiləşdiyim mənasız mövzuları boş verərdim, onların üzərində çox dayanmazdım.

- Zəmanət verə bilərəm ki...

- Ağır pəhriz saxlamadan da şəkərdən və un məmulatlarından imtina etməklə tam arıqlamaq mümkündür.

- Dünyanı dəyişmək imkanım olsaydı...

- İnsani keyfiyyətləri və sevgini artırardım.

- Kişilər o qadınlara xəyanət etmir ki...

- Bunu ancaq kişilər deyə bilər. Suala düzgün cavab vermək üçün kifayət qədər həyat təcrübəm yoxdur.

- O zaman riskə gedirəm ki...

- Ürəyimin səsi bunu “Et” deyirsə, riskə gedirəm.

- Çıxılmaz vəziyyətə düşəndə...

- Məncə, hələ ki belə vəziyyətə düşməmişəm.

- Seviləsi qadın olmağın ilkin şərti...

- İlk növbədə təbii ki, baxımlı və sadəqətli olmalıdır. Lakin digər keyfiyyətlər insana görə dəyişir.

- Qadınlar yaşını ona görə gizlədir ki...

- Bütün qadınların əvəzinə cavab vermək istəmərəm. Hesab edirəm ki, əsas daxili yaşdır.

- Qadına qarşı şiddət...

- Bağışlanmazdır!

- Vicdanıma and olsun ki...

- Bu bənd üçün ağlıma heç nə gəlmir.

- Təəssüf edirəm ki...

- Dünyada təəssüf ediləsi heç nə yoxdur, ölümdən başqa hər şeyə çarə var.

- Vanqa nənə ilə görüşsəydim...

- Deyərdim ki, sənə inanmıram, ay nənə (gülür).

- Küsülü olduğum insana demək istəyirəm ki…

- Deyiləsi sözüm yoxdur.

- Ən böyük səhvim o olub ki...

- Yəqin ki, dəyərsiz insanlara dəyər verməmək lazım olduğunu vaxtından gec dərk etməyin səhvlərimdən biridir.

- Tənhalıq insan üçün lənətdir, yoxsa...

- 7 milyard əhalisi olan planetdə kimsə tənhadırsa, bu, onun öz seçimi ilə bağlıdır. Yaxud da şəxsi keyfiyyətləri səbəb ola bilər.

- Kiminsə yalan danışdığını hiss edəndə...

- Hissiyatım çox güclüdür, dərhal hiss edirəm. Bəzən də üzünə vururam.

- Bəşəriyyətin gələcəyi haqqında fikirləşəndə...

- Son vaxtlarda bu barədə çox düşünməyə başlamışam. Amma çalışıram ki, fikirlərimi mənfi istiqamətə yönəltməyim. Hər şeyin sonu olduğu kimi bəşəriyyətin də bir sonu olacaq.

- Günahlarım yadıma düşəndə...

- Bonal səslənsə də, günahsız insan yoxdur. Əsas odur ki, vicdanım təmizdir.

- Dostlarıma ən çox onu məsləhət görürəm ki…

- Məsləhət verməyi sevmirəm, səmimi olsunlar yetər!

- İlahi ədalətə inancımı o zaman itirdim ki…

- İnancımı heç vaxt itirməmişəm.

- Özümü ona görə bağışlamıram ki...

- Özümə heç vaxt küsməmişəm.

- Yaxşı gündə, pis gündə...

- Sevdiklərinizdən bərk yapışın.

- Sizə ancaq yaxşı günlər arzu edirik.

- Çox sağ olun, mən də həmçinin.

 


Xəbər lenti

300x200r