USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Azərbaycanlı aktyordan şok ETİRAF "Pul qarşılığında sevgili olmaq təklifi gəlmişdi"

22:23 06.11.2017
Azərbaycanlı aktyordan şok ETİRAF "Pul qarşılığında sevgili olmaq təklifi gəlmişdi"
22:23 06.11.2017

Aktyor Elvin Əhmədovun Milli.Az-a müsahibəsi.

- Elvin, son illərdə bir neçə ekran işinə çəkilsəniz də yarım qalıb. Bunun səbəbi rejissorlardan asılıdır, yoxsa sizdən?

- Mən dəvət olunduğum bütün seriallarda çəkilmişəm. Bu il də bir neçə serial var idi, yalnız biri başlamalı idi. Söhbət ATV telekanalında yayımlanacaq olan "Yarpaqlar" serialından gedir. Maliyyə məsələlərinə görə həmin serialdan ayrıldım. Rejissorla münasibətim isə çox yaxşıdır. Yəqin ki, o da məni başa düşər. "Şirin xəyallar" serialında da çəkilməliyəm. Sadəcə olaraq hələ bu serialın çəkilişi dayandırılıb.

- Bir çox gənc aktyorlar nəinki qonorarda razılığa gəlir, hətta pulsuz da çəkilməyə razılıq verirlər. Siz bəs?

- Mən dəfərlərlə demişəm, yenə də demək istəyirəm ki, pulsuz çəkilə bilmərəm. Bu mümkün deyil. Çünki bu sənət mənim qazancımdır. Belə deyək də işimi görürəm və əvəzində pulumu alıram. Maddiyyat yaşamaq üçün çox önəmlidir.

- Çox qonorar tələb edirsiniz?

- Xeyr, hamı bilir ki, mən qonorarda razılaşıram.

- Filmə dəvət alanda ilk öncə nəyi nəzərdən keçirirsiniz?

- Mən öncə rejissorun kim olduğuna baxıram. Daha sonra isə ssenari və rola. Paralel olaraq maliyyəyə də baxıram. Rejissorların əksəriyyətini tanıyıram deyə razılaşırıq.

- Əcnəbi aktyorlar bütün rollarda özlərini sınayırlar və yaxşı da alınır. Elvin üçün çərçivə var?

- Təəssüf ki, müəyyən çərçivələr bizim genimizə bağlandığına görə bütün rolları oynamaq da olmur.

Dünya səviyyəli aktyorlar üçün burada çərçivə yoxdur. Birincisi əcnəbi aktyor o rol üçün 25 milyon dollar pul alır. Amma bizdə fimlərə o qədər maliyyə ayrılmayıb. Müəyyən rollar var ki, çəkilərəm, elə rol da var çəkilmərəm. Yenə də deyirəm, ssenaridən də çox şey asılıdır. 100-200 manata görə özümü biabır etmərəm. Elə bir rol yoxdur ki, bacarmaram, sadəcə elə bir rol ola bilər ki, özümü orda görmərəm.

- Elvin, çox pozitiv insansınız. Həyatdan zərbə almısınız?

- Bəli, həyatdan zərbə almışam. Bu da anamın itkisi ilə bağlı olub. Bu itkini heç kimə arzulamıram. Kimdəsə bu cür hal baş verərsə, ilk rəhmətə gedən insanın övladlarını fikirləşirəm. Çünki bu hal insanı ciddi stressə salır. Anamın ölümündən sonra mən 2 il heç bir filmdə çəkilmədim. Hətta aktyor kimi formamı da itirmişdim. Təsadüfən hər şeyin bitdiyi bir anda qapılar yenidən taybatay açıldı. 2 ildən sonra "Sənə inanıram" serialında çəkildim. Bu serial ilə yenidən ekranlara qayıtdım.

- Bu müddət ərzində kimlərdən dəstək gördünüz?

- İlk növbədə ailəmdən dəstək gördüm. Yaxın çərçivəm elə də geniş deyil. Amma yaxın çərçivəmdə bu gün də dostlarım var.

- Hər bir ana övladının xoş gününü arzulayır. Ananızın sizinlə bağlı ən böyük arzusu nə idi?

- Anam təbii ki, bütün analar kimi övlad toyu arzulayırdı. Onun ən böyük arzularından biri də məni kinoaktyor kimi ekranlarda görmək idi. "Dolu" filminin təqdimatına 2 ay qalmış anam rəhmətə getdi. Demək olar ki, o məni ekranlarda görmədi. Mən özümə söz verdim ki, o görməsə belə davam edib çəkilib, ən yaxşısını ortalığa qoyacağam.

- Yeməyinizi kim hazırlayır?

- Hal-hazırda atamla, qardaşımla bir yerdə qalıram. İnsan hər bir vəziyyətdən çıxmağı bacarmalıdır. Biz bunu üçümüz də yaxşı başa düşürük. Hələ ki, bacımdan başqa heç birimiz ailə həyatı qurmamışıq. Bu günlərdə isə dayı olmuşam. Allah bu sevinci hamıya qismət etsin.

- Evlənməyə cəhd etməmisiniz?

- Xeyr, hələ ki, bu barədə düşünməmişəm. Deyə bilmərəm ki, sevdiyim olmayıb, olub. 27 yaşına çatan elə bir insan olmaz ki, sevdiyi olmasın. Həyatımda bir neçə insan olub hətta.

- Deməli gününüzü keçirmək üçün sevmisiniz?

- Gün keçirmək üçün sevmək vacib deyil. İnsan sənin şəxsi həyatındadırsa, onunla gün keçirə bilməzsən. Kiminləsə uzun müddət münasibət saxlayıb sonra evlənə bilərəm. Qızlar tərəfindən mesajlar da gəlib, məktubla təkliflər də gəlib. Bəlkə də o təklifləri qəbul etsəydim, bu gün yaşayışım daha yaxşı olardı. Şəxsi xarakterimdən çıxış edib bu cür münasibətlərə yaxın durmamışam.

- Nə münasibəti idi?

- Pul qarşılığında sevgili olmaq təklifi də gəlmişdi. Deyirdi ki, bir yerdə yaşasaq, daha yaxşı olar.

- Deməli "alfons" olmağı seçməmisiniz?

- Xeyr!

- Bu sənətdə elə aktyor, rejissorlar var ki, pullu qadınların hesabına yaşayır.

- Söhbətin kimdən getdiyini bilməsəm də bir onu bilirəm ki, cəmiyyətdə hər cür insan var. Dediyinizdə həqiqət var. Mən öz həyatımı çıxmaq şərtilə ətrafımda gördüyüm heç bir şeyə pis baxmıram. Kimin şəxsi həyatı necədirsə buna pis baxmıram. Biz hər şeyə normal baxmalıyıq ki, cəmiyyət də qəbul etsin.

- Qızlar tərəfindən bu qədər çox sevilməyinizin də bir səbəbi "Dolu" filmi olub desək, yalan olmaz. Halbuki o zaman gənclər çox filmlərdə çəkilmirdi. "Dolu"dan sonra sizi heç bir filmdə görmədik. Bu filmdən sonra yoxsa gələn o "cılız" təklifləri qəbul etmədiniz?

- "Dolu" filminə çəkiləndən sonra fikirləşirdim ki, bundan sonra belə bir film olacaqmı o filmə çəkilim? O barədə düşünürdüm. Lap cılız təkiflər də oldu qəbul etmədim. Amma normal ekran işlərində çəkilirdim.

- Amma bu filmi də tənqid edənlər oldu..

- Əvvəl bu tənqidlərə aqressiv yanaşırdım, indi amma tamam başqa fikirdəyəm. Məsələ orasındadır ki, "Dolu"ya qədər bu cür film görməmişdilərsə, bundan sonra da görməyəcəklər. Həqiqətən burada böyük aktyor kollektivi idi. Bu film Azərbaycan tamaşaçısı üçün böyük bir vulkan idi. "Dolu"nu sevməməkləri üçün elə də bir səbəb görmürəm. Kim vətənini sevirsə "Dolu" filmini də sevməlidir. Elxan Cəfərov hər-halda bütün istedadını ortalığa qoyub bu filmi çəkmişdi.

- Sənətdə vəfasızlıq görmüsünüz?

- Bunu əvvəldən bilmirdim, gələndən sonra vəfasızlıq gördüm. Çünki 21 yaşım var idi. Bu gün vəfasızlıq daha çoxdur. Kişi sənətçilərimiz var ki, həddindən artıq bir-birinin işini əngələ çevirmək istəyirlər. Şəxsən nə qədər aktyor aktrisa olub ki, özüm kömək etmişəm. Hansısa aktyorun yolunu bağlamamışam. Çünki ən azından özüm də aktyoram, bilirəm ki, bu necə bir şeydir. Sənət camiyəsində vəfasızlıq nə qədər istəyirsən var. Birlik olsaydı, indi çəkiləndən də çox filmlər çəkilərdi.

- Aktyorlara niyə hörmət yoxdur?

- Bu mənim üçün həmişə vacib məsələ olub. Mənim üçün tamaşaçının rəyi önəmlidir. Tamaşaçılarımdan həmişə çox gözəl münasibət görmüşəm. Bəzi insanlara elə gəlir ki, onlar aktyordular. Amma tamaşaçı ələyi deyilən bir ələk var. Bu sənətdə yalnız yaxşılar qalır.

- Siz ələkdən keçmisiz?

- Yaxşı aktyor sənət yolunun sonuna qədər ələnməlidir. Mən özüm hansı rolda nə edəcəyimi çox yaxşı bilirəm. Mənim üçün sənət nəzəriyyə və bacarıqdan öncə gözdən və ürəkdən başlayır. Aktyorun kinoya uyğun gözü, baxışı olmalıdır.

- Özünüzə tənqidi yanaşırsınız?

- Bu gün ekranda aktyor və aktrisalarımızın 70 faizi uçuruma gedir. Bu mənim bu günə olan ən vacib sözümdür. Aylardır bunu müşahidə edirəm, artıq dəqiq fikir bildirə bilərəm.

- Son təqdim etdiyiniz "Sara" filminin aqibəti necə oldu?

- "Sara" filmini Nizami kinoteatrında təqdim edəndən sonra film haqqında yaxşı rəylər eşitdim. Bu filmi Sumqayıtda kinonun inkişafına dəstək üçün göstərəcəklər. Ola bilər ki, yaxın gələcəkdə bir serial da çəkim. Amma hələ ki, bu dəqiq deyil. Çünki zamanı qabaqlamaq istəmirəm.


Xəbər lenti

300x200r