Mərhum xalq artisti, tanınmış aktyor Hacıbaba Bağırovun Rusiyada yaşayan oğlunun fotosu yayılıb.
Fotonu Rus Dram teatrının aktyoru Elşad Süleyman feysbuk səhifəsində paylaşıb. Ata-oğul sanki bir almanın iki üzüdür.
E.Süleyman fotonu Smolensk şəhərində çəkdiyini bildirib:
"Mən orada bir ziyafətdə iştirak edirdim. Hacıbaba Bağırovun oğlunu da qonaqlara orda təqdim etdilər. Adı Aleksandrdır, onunla bağlı başqa məlumat bilmirəm”.
Qeyd edək ki, Azərbaycanın məşhur gülüş ustası Hacıbaba Bağırov 5 dəfə rəsmi nikahda olub və bu nikahların 3-dən övladı dünyaya gəlib. Hacıbaba Bağırov ilk dəfə hərbi xidmətdə olarkən ailə həyatı qurub və Aleksandr adlı bir oğlu olub. Onu “Saşa” deyə çağırıblar. Sənət dostlarının dediyinə görə, o, atasının son günlərinə qədər ona baş çəkib, əlaqə saxlayıb.
Qeyd edək ki, xalq artistinin Aleksandrdan başqa Lalə və Şölə adlı iki qızı var. Aleksandrın 64, Lalənin 55, Şölənin isə 15 yaşı var. //Yenicag.az

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub