Azərbaycanın divası Aygün Kazımova bu il "Daf Bama Music Awards" beynəlxalq mükafatlandırma mərasimində iştirak edə bilməyəcək. Buna səbəb Xalq artistinin keçirdiyi estetik əməliyyatlardır.
Mynews.az publika.az-a istinadən xəbər verir ki, plastik-rekonstruktiv cərrah, tibb üzrə fəlsəfə doktoru Dilqəm Məhərrəmov sənətkara bir sıra qadağalar qoyub. Onun sözlərinə görə, müğənni bir müddət uzaq məsafələrə gedə bilməyəcək:
"Aygün Kazımovanın üzərində 3 növ cərrahi əməliyyat həyata keçirilib. Bunlardan ikisi yeni, biri isə əvvəl aparılmış cərrahi əməliyyatın yenilənməsidir. Aygün xanımın 2 həftə əvvəl keçirdiyi müxtəlif bədən şəkilləndirməsi əməliyyatlarından sonra özünü yaxşı hiss edir. Əməliyyat sahələri sağalıb. Buna baxmayaraq, əməliyyatın xarakterinə və protokoluna uyğun olaraq 6 həftəyə qədər ilkin reabilitasiya dövrünə əməl etməsi lazımdır. Odur ki, Aygün Kazımovanın uzaq səfərlərə getməsi, aktiv şəkildə idman məşqlərinin etməsi, avtomobil idarəsi etməsi ona qadağan olunub. Bir Aygünümüz var, onu qorumalıyıq. Onsuz da gözəl olan Aygün xanım əməliyyatlar sayəsində daha da gözəlləşib"
Qeyd edək ki, ötən il Aygün Kazımova ilk Azərbaycan müğənnisi kimi Almaniyada keçiriləm "Daf Bama Music Awards" da iştirak edib və "Azərbaycanın ən yaxşı qadın sənətçisi" mükafatına layiq görülüb. Bu il də beynəlxalq tədbir Azərbaycandan məhz Aygün Kazımovanı öz mükafatlarına namizəd görüb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub