Həyat yoldaşından ayrılandan sonra mediadan uzaq gəzib-dolanan tanınmış rejissor Fuad Əlişov film təqdimatlarının birində fotokameramıza tuş gəlib: özü də cazibədar xanımla birlikdə…
Mynews.az Yenicag.az-a istinadən xəbər verir ki, boşanan rejissorla xanımın tədbirboyu isti münasibəti də gözdən yayınmayıb.

Əl-ələ tutan sevgililər hər vəchlə kameralardan yayınmağa çalışsa da, buna nail ola bilməyiblər. Xanımın kimliyi ilə maraqlananda rejissorun sərt reaksiyası ilə qarşılaşdıq: “Sizə nə dəxli var axı?!”.
Qeyd edək ki, bir müddət öncə saytımıza açıqlama verən rejissor keçmiş həyat yoldaşından hisslərinin bitdiyi üçün ayrıldığını demişdi.
“İkinci dəfə evlənəcəksinizmi” sualını isə o, belə cavablandırmışdı:
“Evlənsəm, hamınız biləcəksiniz”.

Xatırladaq ki, cütlük 2007-ci ildə aktrisa Sevinc Əliyeva ilə ailə həyatı qurub. Cütlük 2016-cü ildə boşanıb. Onların bu evlilikdən 3 övladı var.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub