“Xərçəng”dən dünyasını dəyişən mərhum rejissor Şahin Zəkizadənin həyat yoldaşı Səbinə Zəkizadə tədbirlərin birində fotokameramıza tuş gəlib.

Yenicag.az-a açıqlama verən Səbinə mərhum həyat yoldaşının son arzusunu və vəsiyyətini xatırlayıb.

“Şahin heç vaxt istəmirdi ki, övladları arasında soyuq münasibət olsun. Ömrünün son günlərində mənə dedi ki, Səbinə səndən bir xahiş edəcəm, bunu son arzum və vəsiyyətim kimi də qəbul edə bilərsən. Kövrələrək mənə and içdirdi, dedi ki səni and verirəm balamızın canına, heç vaxt onu bacısı Fatimədən ayırma. Qoy onlar gələcəkdə mehriban olsunlar, can deyib, can eşitsinlər. Əgər Seyid Əli ilə Fatimənin münasibətində soyuqluq olsa, məzarımda sakit yata bilməyəcəm. Mən ona söz verdim. Bunu ilk dəfədir ki, sizə deyirəm. Ürəyim sakitdir, çünki, Şahinin son arzusunu yerinə yetirmişəm. Onun qızı Fatimə və məndən əvvəlki xanımı ilə çox isti münasibətlərimiz var. Bacı kimiyik, bir-birimizlə görüşürük, bir-birimizin evinə gedib-gəlirik. Uşaqlar da çox mehribandı. Hətta bacı-qardaş bir-biri ilə bir az gec görüşəndə Şahin yuxuma girir. Dünən axşam Şahin yuxuda mənə dedi ki, Fatiməni gətir. İnanıram ki, onun ruhu bizimlədir”.

Qeyd edək ki, rejissorun Seyid Əli adlı 2 yaş 3 aylıq oğlu və əvvəlki həyat yoldaşından 7 yaşlı qız övladı yadigar qalıb.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub