Müğənni Tacir Şahmalıoğlunun illər öncə çəkilmiş fotosu yayılıb.
Ölke.az-ın məlumatına görə, fotoda sənətçiylə yanaşı “qanuni oğru”lar Masallı Mamed (Məmməd Hüseynov) və Sabirabadlı Hikmət (Hikmət Muxtarov) də yer alıb. Çox böyük ehtimal ki, foto təxminən 15 il öncə çəkilib.
Tacir Şahmalıoğlu Yenicag.az-a açıqlamasında bunları deyib:
“15 il əvvəl çəkilmiş şəklimi ortaya niyə çıxarırlar, bilmirəm. Mən bəyəm avtoritetəm? Kriminal aləmin adamıyam? Müğənniyəm, toyda oxumuşam. Həmin adamlar da toyda qonaq olublar. Ürəyim istəyib, onlarla birgə şəkil çəkdirmişəm. Burda nə var axı? Buna görə məni öldürməyəcəklər ki… Bəyəm Hikmətlə Mamed balaca adamlar olub? Onlar yaxşı oğlan kimi ad çıxarıblar. Boş-boş söhbətlərlə məni gündəmə gətirmək kimin nəyinə lazımdır? Qoyun oturmuşam yerimdə, sənət adamıyam, sənətimlə məşğulam”.
Qeyd edək ki, Masallı Mamed 2011-ci ildə həbsxanada vəfat edib. Sabirabadlı Hikmət isə 2006-cı ildə Moskvada qətlə yetirilib.

1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub