Yeni ulduz yarışması ilə tanınan Sevil və Sevinc Səfərovaları ayrıd etmək çox çətin məsələdir. Şou-biznesimizin əkizlərini bəzi insanlar ayırd edə bilsə də, bu, çoxluq üçün bir az müəmmalı məsələdir. Onlar bir-birinə o qədər bənzəyir ki, sizi asanlıqla aldada bilərlər. Lap "Zita və Gita" filminin sonundakı kimi...
Publika.az hər iki bacının insanlar tərəfindən necə ayırd edilə biləcəyini elə onların özündən soruşub. Maraqlı cavablar verən əkizləri bir-birindən belə ayırd edə bilərsiniz...

Sevinc: Sevinc çox danışır, Sevil az danışır. Amma bu efirdə belədir, həyatda isə əksinə olur.
Sevinc: Sevil qaşını qaldırır, məndə isə qaş aşağıda olur (gülür).

Sevil: Gedib botoks etdirəcəm ki, bunlar hamısı kənara yatsın (gülür).
Sevil: Mənim sol gözümün altında iki xal var, amma Sevincdə yoxdur.

Sevinc: Sevilin sifəti uzun, mənim isə yumrudur.
Sevil: Mən 5 kilo Sevincdən arığam, o, isə məndən kökdür.

Sevinc: Sevil 36 ölçü ayaqqabı , mən 35 ölçü geyinirəm.
Sevinc: Əslində efirdə davakar mənəm, həyatda Sevildir. Heç biriniz onun əlinə düşməyəsiniz. Çox səmimi deyirəm (gülür).
Sevil: Təpik, yumruq (gülür).

Sevinc: Sevil sözləri efirdə demir, həyatda deyir. Amma mən efirdə deyirəm.
Sevil: Mən yemək bişirə bilmirəm, amma Sevinc bişirir.
Sevinc: Bu qədər...

1
Bakıda avtomobildə gənc oğlanın meyiti tapılıb
1293 dəfə oxunub
2
Uşaqların sosial media asılılığı: Tarixi məhkəmə prosesi başladı
1230 dəfə oxunub
3
Bakıda avtobusda sərnişin ÖLDÜ
1226 dəfə oxunub
4
“Qalatasaray”ın rəqibi bu iki klubdan biri olacaq
1207 dəfə oxunub
5
Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarına səfəri başa çatıb
1200 dəfə oxunub