Türkiyənin üç kino ulduzu Bakıya təşrif buyuracaq.
Publika.az xəbər verir ki, Özge Özder, Begüm Birgören və əslən Qərbi Azərbaycanlı olan aktyor Tamer Karadağlı Məlahət Abbasovanın “Məlahətli söhbətlər” verilişinin qonağı olacaqlar.
Özge Özder ilə Begüm Birgören Azərbaycana bu ayın 16-sında gələcək və 4 gün şəhərimizdə qalacaqlar.
“Çoçuklar Duymasın” serialındakı Haluk obrazı ilə Azərbaycanda məşhurlaşan Tamer Karadağlı isə ölkəmizə noyabrın 30-u təşrif buyuracaq.
Məlumat üçün bildirək ki, 50 yaşlı aktyor müsahibələrində dəfələrlə əslən azərbaycanlı olduğunu deyib. O, bildirib ki, ata yurduna gəlmək onun çoxdankı arzusudur. Bu barədə Məlahət Abbasova da sosial şəbəkədə yazıb.
Uzun illərdir ki, Türkiyədə yaşayan və orada aktrisa fəaliyyət göstərən M.Abbasova bildirib ki, Tamer Karadağlı bu təklifdən çox duyğulanıb və həyəcanla Bakıya gəlməyi gözləyir.
Tamer Karadağlı müsahibələrinin birində ata-baba yurdu haqqında bunları etiraf edib: “Mən əslən azərbaycanlıyam, Azərbaycan mənim atalarımın torpağıdır. Evimizdə Azərbaycan yeməkləri bişirilir, Azərbaycan musiqilərini dinləyirik. Əmilərim, bibilərim azərbaycanca danışır”.
Qeyd edək ki, proqramı əməkdar artist Məlahət Abbasova aparır. Verilişdə iki ölkənin ən populyar simaları iştirak edir.
“Məlahətli söhbətlər” hər bazar ertəsi saat 22:15-də ATV-də yayımlanır.



1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub