USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

Rasim Balayev dərman almağa pul tapmır "Utandığımdan deyə bilmədim ki..."

21:10 11.11.2017
Rasim Balayev dərman almağa pul tapmır "Utandığımdan deyə bilmədim ki..."
21:10 11.11.2017

"Qaynarinfo" Xalq artisti Rasim Balayevin yenicag.az-a müsahibəsini təqdim edir.

– Çoxdandır görünmürsünüz, haralardasınız?

– Əvvəllər insanlar kasıb yaşayırdı, amma bir-birini görməyə trramvayla gedirdi. İndi hər şey var, evdən bayıra çıxmaq istəmirik. Bu texnika, internet inkişaf etdikcə insanlar zombiləşir, bir-birinə qarşı səmimiyyəti, hörməti yox olub gedir.

– Sosial şəbəkələrdən istifadə edirsinizmi?

– Baxın, telefonum ən son modeldir, amma bir "salam” verirəm, bir də "sağ ol” deyirəm, vəssalam. Ümumiyyətlə, internet xidmətlərindən istifadə etmirəm.

– Filmlərə də çəkilmirsiniz, evdə oturmusuz, bəs günü necə keçirirsiz?

– Çox darıxıram, amma neyləyim, əlacsızam. Səviyyəli film də yoxdur ki, çəkilim. Belə getsə, heç çəkilməyəcəm də. O cür filmlərdən sonra hansısa səviyyəsiz filmə çəkilib, niyə özümü gözdən salım? Tamaşaçı məni o filmlərlə sevib.

– Son vaxtlar səhhətinizdə problemlərin olması ilə bağlı xəbərlər yayıldı. İndi necəsiniz?

– İş-güc də yoxdur, günüm yalnız klinikalarda keçir.

– Hansı xəstəlikdən müalicə olunursunuz ki?

– Şəkər, təzyiq, onurğa problemləri… Onurğa problemləri də ayağımda fəsad yaradıb, yeriyəndə əziyyət çəkirəm. Hamısı qarışıb bir-birinə.

– Dava-dərman da bahadır, pulu necə çatdırırsınız?

– Aldığım təqaüd-zad hamısı müayinələrə, müalicələrə gedir. Özüm də gündə bir dəfə yemək yeyirəm (gülür).

– Zarafat edirsiniz?

– Pulu çatdıra bilmirəm. Dərmanlar da çox bahadır. Həkim dünən iki dərman yazmışdı, qiyməti 60 manatdır. Gedib birini aldım, dedim, təsirini görsəm, gəlib birini də alaram. Utandığımdan deyə bilmədim ki, dərmana pul çatdıra bilmirəm.

– Bəs nə əcəb imkanlı dostlarınız sizə kömək etmir?

– Əvvəllər yaxşı dostlarım olub, hətta biri mənə avtomobil də bağışlamışdı. Artıq çoxu rəhmətə gedib.

– Bəs indi yaxşı dostlarınız yoxdur?

– Var. Amma mən ağlayan adam olmamışam. Acından ölərəm, amma gedib hansısa dostuma ağız açmaram.

– Elə ona görə də sizi sevirlər də…

– Amma sevgi də əppək deyil.

– Nə əcəb gedib Türkiyədə müalicə olunmursunuz?

– Şükür Allaha, bu xəstəliyi yola vermək olur. Bir həkim dostum var, deyir, adam var yaxşı qidalanıb, yaxşı hava udub, 80 yaşında da sağlamdır. Amma adam da var, 70 yaşında xəstəliklə əlləşir. Mən uşaqlığımı Aranda yaşamışam, sonra da Bakıya köçmüşəm. Burda da hava yaxşı deyil axı. Amma həmişə Allaha yalvarırdım ki, mənə müalicəsi mümkün olan xəstəliklər ver. Bir dostum da dedi ki, Allahdan nə istədin, onu da verdi, xəstəliklərinin hamısı müalicə olunandı. İndi də yalvarıram ki, ey böyük Allah, mənə əlacsız dərd vermə.

– Rasim müəllim, övladlarınıza bir gün ağlaya bilmisinizmi?

– "Gün ağlamaq” deyəndə ki, hamısını oxutdum, toy elədim, ev-eşik sahibi oldular. İndi də özləri öz başlarını dolandırırlar.

– Sizin kimi aktyor Hollivudda yaşasaydı, indi dirəyi də qızıldan idi…

– Mənim balaca mənzilim vardı, satıb Şüvəlanda ikimərtəbəli ev aldım. Şəraitim də pis deyil.


Xəbər lenti

300x200r