Müğənni Fədayə Laçının "Qoca" adlı kriminal-avtoritetin həbsdən qaçmasında təqsirləndirilərək həbs edildiyi barədə, demək olar ki, xəbəri olmayan yoxdur.
Milli.Az müğənninin həbs edilməmişdən öncə dəvət edildiyi verilişin görüntülərini əldə edib. ARB telekanalında "Səhər-Səhər" verilişində iştirakı müğənninin məlum hadisədən öncəki son efiri olub. Bu barədə gənc ifaçı Surahaji öz sosial şəbəkə hesabında məlumat verib:
"Və budur, Fədayə Laçının sonuncu efiri. Hansı ki, birlikdə duet də oxumuşduq. Çox heyif səndən, gözəl qəlbli qadın. Tezliklə bir daha görüşmək ümidi ilə".
Qeyd edək ki, müğənni Fədayə Laçın hazırda Kürdəxanı qəsəbəsində yerləşən Bakı İstintaq Təcridxanasında saxlanılır.
Fədayənin son efirindən olan görüntünü təqdim edirik:
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub