ARB TV-nin "Ömrün fəsilləri" proqramının budəfəki qonağı əməkdar incəsənət xadimi, bəstəkar Aygün Səmədzadə olub.
Bəstəkar proqramda anasının son anlarından danışıb.
"Anam son günlərini yaşayarkən mən məcburi şəkildə konsert verdim. Afişalar artıq hazır idi deyə konsert dayanmadı. Mayın 31-i konsert oldu, iyunun 6-sı anam rəhmətə getdi. Konsert mənim üçün ağır idi. O konsertə heç bir zaman baxmamışam.
Anam nəfəs problemi ilə soruşub ki, konsert necə keçdi? Sonra deyib ki, mən rahat gedə bilərəm. Son anında belə mənim sənətimi ön plana qoyub. Belə hadisələrlə sənət adamları çox rastlaşıb. Ayın 1-də mən Türkiyəyə anamın yanına uçdum. Anamın yanında oldum. Amma o, sanki, getmişdi artıq. Mənim konsertimdən kadrları ona göstəriblər".
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub