USD 1.70
EUR 1,8441
RUB 0.0175
BREND 78.91
Bakı

"Məni əxlaqı olmayan insan kimi qələmə verdilər" Roza

15:51 15.11.2017
"Məni əxlaqı olmayan insan kimi qələmə verdilər" Roza
15:51 15.11.2017

“Uşaqlarım mənim həssas nöqtəmdir. Oğullarımı övladlığa götürməyimi heç vaxt demirdim. Elə bir məqama gəlib çıxdım ki, bezdim. İnsanın boğazına bıçaq dirənən an var. O an bizdə gəlib çatdı”.

Mynews.az-ın məlumatına görə, bu sözləri müğənni Roza Zərgərli "Səhər-səhər" verilişində deyib.

Sənətçi uşaqlarına görə çox tənqid edildiyindən gileylənib:

“Mən bunun mediada yayılmağının qarşısını bir neçə dəfə almışdım. Bu haqda heç harada danışmadım, qoymadım yayılsın. Başladılar basqı etməyə ki, "Roza Zərgərli evli olmayıb. Roza Zərgərli 5 dəfə ailə qurub. Roza Zərgərlinin əri əcnəbidir. Buna sübut övladlarının adıdır”. Məni o qədər bezdirdilər ki, bərk xətələndim və 10 gün xəstəxanada yatdım. Məni əxlaqı olmayan, pis insan kimi qələmə verdilər.

Sonra uşaqlarım dedilər ki, aç danış, bu bizə ziyan gətirməyəcək. Məcbur oldum açıqlayım ki, bu, belə deyil. Övladlarım universitetdə oxuyur, biri ailəlidir. Gəlib məktəbdə onlara sual verirdilər, istəmirdim. Uşaqlar dedi ki, vecimizə deyil, kimsə nəsə desə, cavabını verəcəyik. Açdım danışdım. Dünənə kimi ən pis qadın idim. Sabahı artıq oldum ağ qanadlı mələk”.

Zərgərli övladlığa götürdüyü uşaqların atasından bəhs edib:

“Bizdə o qədər də çox anasız-atasız uşaq yoxdur. Uşaqlarımın atası Latviyadan, anası Azərbaycandandır. Uşaqları götürəndə anası sağ idi. Onları rəsmi formada mənə həvalə etdi. Sonra dünyasını dəyişdi. İkinci kitabımda onun taleyindən yazacam”.


Xəbər lenti

300x200r