Rusiyalı prodüser və rejissor Maryus Vaysberqin “Gecə növbəsi” filminin treyleri yayımlanıb.
Mynews.az xəbər verir ki, ekran işində Vladimir Yaqlıç, Pavel Derevyanko, Kseniya Teplova ilə yanaşı, azərbaycanlı müğənni, bəstəkar, iş adamıEmin Ağalarov da çəkilib. Bu, Ağalarovun tammetrajlı filmdə debütüdür. Filmdə E.Ağalarovun Kseniya Teplova ilə öpüş səhnəsi də yer alıb.
Filmin süjet xətti belədir: Əsas qəhrəman zavoddakı işini itirir, ailəsini saxlamaq üçün sinif yoldaşının striptizçi kimi çalışmaq təklifini qəbul edir. Həyat yoldaşından bu xəbəri gizlədən Vladimir nəticədə gülməli vəziyyətlərə düşür.
Ekran işinin 2018-ci ildə təqdim edilməsi planlaşdırılır.
1
Həbsdə olan deputat oğluna narkotik ittihamı da verildi
453 dəfə oxunub
2
Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu
450 dəfə oxunub
3
Modeli döyən iş adamına hökm oxundu
447 dəfə oxunub
4
Çinlə ticarətdə rekord: Azərbaycan üçün yeni imkanlar açılır
2 dəfə oxunub
5
Xərçəng müalicəsində yeni ümid: Alimlər 3 növ xərçəngə təsir edən molekullar hazırladı
1 dəfə oxunub