Meyxanaçı Pərviz Bülbülə şəxsi həyatından danışıb.
Mynews.az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan söz ustası övladlarından danışıb. O bildirib ki, oğlunun musiqiyə marağı olsa da, o, övladının istəyinə qarşı çıxır:
“Mənə elə gəlir ki, ata kimi pis deyiləm. Hər bir valideynin bütün fikri övladıdır. Bu gün çəkdiyim bütün əziyyətin 95%-i onlar üçündür. Sırf onlara görə əziyyət çəkirəm. Elə şeylər var ki, eləməsəm də olar. Bu həyatda tək özümü düşünmürəm. Ailəmi, uşaqlarımı da düşünürəm. Oğlum indidən əlində mikrofon tutmağa başlayıb. Amma ona demişəm ki, mikrofon olmaz. Elə adam var ki, deyir ki, istəyirəm oğlum filan peşənin sahibi olsun. Bu, insanın əlində olan iş deyil. Allahın alın yazısı var. Hər kəsə ana bətnində olanda sehrli çubuğunu vurur ki, sən böyüyəndə filan peşəyə yiyələnəcəksən”.
1
İkinci ali təhsil üçün müəyyən edilən təhsil haqları niyə yüksəkdir? - VİDEO
441 dəfə oxunub
2
İran heç vaxt nüvə silahına malik olmayacaq - Tramp
431 dəfə oxunub
3
İrigövdəli ağac "Hyundai"ın üzərinə aşdı
430 dəfə oxunub
4
"Halef"in aktrisası estetik prosedurların pulunu ödəmədi - Saxlanılma qərarı verildi
430 dəfə oxunub
5
Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA
426 dəfə oxunub